!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşıladı - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

*

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib.

*11:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğanı Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.

Ərdoğanı milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv