İlin ən yaxşı hücumçusu adına namizədlər açıqlandı

media-hightechnic-468x90

“Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adlarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Siyahıya Artyom Dovbik (“Roma”, İtaliya), Fil Foden, Erlinq Holann (hər ikisi “Mançester Siti”, İngiltərə), Harri Keyn (“Bavariya”, Almaniya), Lautaro Martines (“İnter”, İtaliya), Kilian Mbappe, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Niko Uilyams (“Atletik”, İspaniya) və Lamin Yamalın (“Barselona”, İspaniya) adı daxil edilib.

“Globe Soccer Awards”ın rəsmi saytında finalçıların müəyyən ediləcəyi açıq səsverməyə start verilib.

Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa