İlin sonuncu Ay tutulması başladı

2021-ci ilin sonuncu Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən xəbərə görə, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Buna görə də tutulma qismən Ay tutulması hesab olunur.

Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.