İmişli və Saatlıda 18 mindən çox abonent qazsız qalacaq

media-hightechnic-468x90

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

Yenicag.az xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində – Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600