!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İngilis ordusu Rusiya ilə toqquşmaya yararsızdır” - İDDİA

!Reklam – Yazi

“Hərbi ekspertlər Britaniya Silahlı Qüvvələrinin Rusiya ilə qarşıdurmaya tab gətirməyəcəyindən əmindirlər”.

Yenicag.az xəbər verir ki, bunu “The Times” qəzeti hərbi ekspertlər ilə keçirdiyi sorğunun nəticələri haqqında verdiyi hesabat yazısında dərc edib.

Ekspertlərin fikrincə, Britaniya Silahlı Qüvvələri Rusiya ilə qarşıdurmaya girmək üçün çox zəifdir və belə bir toqquşmaya tab gətirə bilməz.

Eyni zamanda, nəşr Avropa ərazisində genişmiqyaslı münaqişənin baş verəcəyi təqdirdə Britaniya parlamentarilərinin Amerika qoşunlarına arxalanmamalı olduğu mesajını verib. Britaniya Silahlı Qüvvələrinə “Çinin Tayvana işğalı”nın baş verə biləcəyi 2026-cı ildən 2028-ci ilə qədər “zəiflik pəncərəsi” adlandırılan dövrə hazırlaşmaq üçün döyüş sursatlarının istehsalını artırmaq tövsiyə edilib.

Qəzetin istinad etdiyi britaniyalı hərbçilərin açıqlaması üzrə hərbi ekspertlər müdafiə xərclərinin artırılması və bu sahəyə ÜDM-in ən azı 3%-nin ayrılmalı olduğu qənaətinə gəlib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv