İngiltərədə evli cütlük 150 ​​pişiyin əhatəsində ölü tapıldı - FOTO

media-hightechnic-468x90

İngiltərədə ailəli cütlük evlərində 150 ​​pişiyin əhatəsində ölü tapılıb.

Mütəxəssislərin fikrincə, heyvanlar susuz qalıb, pis qidalanıb və xəstəliyə yoluxub. Kişi və qadının meyitləri tapılarkən ev heyvanlarının çoxu artıq ölü olub.

Heyvan hüquqları müdafiəçiləri bunun tarixdəki ən böyük heyvan xilasetmə əməliyyatı olduğunu bildiriblər.

“Bütün pişiklər yuxarı tənəffüs yolları, göz və dəri infeksiyalarından, aclıqdan, susuzluqdan əziyyət çəkirlər və təəssüf ki, bəzilərində təcili tibbi yardım tələb edən daha ciddi xəsarətlər var”, – məlumatda deyilir.

Hazırda polis ər-arvadın ölümünə nəyin səbəb olduğunu öyrənir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600