!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsanların cibinə girirlər” - Taksi xidmətləri qiyməti niyə qaldırır?

!Reklam – Yazi

“Həftəsonu taksi xidmətlərində qiymətlərin bahalaşması ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlıdır. Bəzi taksi xidmətləri bu vəziyyətdən sui-istifadə edir”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı həftəsonları bəzi taksi şirkətlərinin qiymətləri qaldırmasına münasibət bildirərkən deyib.

Ekspert bəzi taksi şirkətlərinin mövcud karantin dönəmində vəziyyətdən sui-istifadə etdiklərini bildirib:

“Həftəsonu taksi xidmətlərində qiymətlərin bahalaşması ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlıdır. Bəzi taksi xidmətləri bu vəziyyətdən sui-istifadə edir. Bu da insanların cibinə girmək deməkdir. Onlar düşünür ki, bununla daha çox qazanc əldə edərlər. Çünki metro və avtobuslar işləmədiyi üçün taksiyə tələbat daha çoxdur. Tələbatın çox olması da onların şirniklənməsinə gətirib çıxarır. Bu da xoş qarşılanan hərəkət deyil. Bunu bütün taksi şirkətləri etmir, bəzi fürsətcil şirkətlər qiyməti süni şəkildə qaldırır. İnsani keyfiyyət baxımınan da bu, düzgün addım deyil. Yaxşı olar ki, insanlar da həmin taksi şirkətlərinin xidmətindən imtina etsinlər”.

Cəvahir

www.yenicag.az

1229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv