İnsanlığa yaraşmayan görüntülər: Qəzzaya göndərilən yardım paketlərindən kifli çörək çıxdı - VİDEO
Fələstinli aktivist Tayseer Obeid, Qəzza Zolağında havadan atılan yardım paketlərini almağa çalışan insanların yaşadığı anları görüntüləyib.
Yenicag.az xəbər verir ki, Obeidin çəkdiyi görüntülərdə, havadan atılan bir qida paketinin içindən çıxan kifli çörək açıq şəkildə görünür. Bu vəziyyət, bölgədəki humanitar böhranın ciddiliyini bir daha gözlər önünə sərmişdir. Obeid, bu görüntüləri paylaşaraq “Biz insanıq və bizə edilənlər cinayətdir” ifadəsini işlətmişdir.
Obeid, Qəzza Şeridi’nin mərkəzindəki Deir el-Balah bölgəsində, havadan atılan yardım paketlərini almağa çalışan sivillərin anlarını kameraya alıb. Görüntülərdə, yüzlərlə Fələstinli, havadan atılan paraşütlərə doğru qaçaraq bir parça çörək əldə etməyə çalışır. Aktivist, bu görüntüləri sosial media platformalarında paylaşaraq, humanitar yardımın içindəki qidaların keyfiyyətini və insanların bu yardımlara necə çatmağa çalışdığını göstərməyə çalışıb.
Bir görüntüdə, havadan atılan yardım paketinin içindəki çürümüş çörək açıq şəkildə görünür. Obeid, “Bu çürümüş çörək havadan atıldı” deyərək, yaşanan insanlıq dramının nə qədər ağır olduğunu vurğulamışdır. Aktivist, həmçinin yayımladığı görüntülərlə açlıqdan əziyyət çəkən insanlara diqqət çəkməyə çalışmış və “Baxın, bu aç insanlar. Hamısı yeyəcək bir şey tapmaq üçün evlərini tərk etdilər” demişdir.
Qəzza Zolağında, İsrailin mühasirəsi səbəbilə humanitar yardımların bölgəyə daxil olması olduqca çətinləşib. Yardım paketlərini almağa çalışan sivillərin yaşadığı çətinliklər barədə daha çox məlumat əldə edilib. 65 yaşında bir şəxs, şəkər və tansiyon xəstəsi olduğunu və açlıqdan dolayı heç bir şey tapa bilmədiyini bildirib. O, “Uşaqlarımı doyuracaq heç bir şeyim yoxdur. Sadəcə bir kilo un istəyirəm” ifadəsini istifadə etmişdir.
İsrailin Qəzza Zolağını blokadaya alması nəticəsində, bölgəyə qida, dərman və digər humanitar yardımların çatması dayandırılıb. Son 24 saat ərzində 8 nəfər açlıq səbəbindən həyatını itirib. Bu, açlıq nəticəsində həyatını itirən insanların sayısının 188-ə çatmasına səbəb olub. Bu 188 nəfərdən 94-ü uşaqlardır.
Qəzza Zolağında baş verənlər, beynəlxalq ictimaiyyəti Fələstin xalqına yardım göndərmək və Qəzza Zolağındaki blokadanın dayandırılması üçün daha ciddi addımlar atmağa çağırır. Bu vəziyyət həmçinin beynəlxalq insan hüquqları və humanitar hüquqların qorunmasına dair daha geniş müzakirələrə səbəb olmalıdır.
Məsimə Məmmədova