!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlıq cinayətində russayağı MÖVQE: “Öz əməllərini gizlətmək istəyirdilər”

!Reklam – Yazi

“İnsanlıq tarixində uzun sürən müharibələr həm rəhbərləri, həm də sistemi zamanla zəiflədir və vəziyyəti çıxılmaz bir hala gətirir. Bütün müharibələr sülh üçün aparılır və sülhün təmin edilməsi üçün diplomatların prosesə qoşulması vacibdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik dekabrın 25-də Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında düşməsindən sonra rəsmi Moskvanın sözügedən məsələ ilə bağlı şərh bildirməməsinin pərdəarxası məqamlarını şərh edib.

Onun sözlərinə görə, 1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldıqdan sonra ruslar federasiya dövrünü idarə etməyə çalışarkən, köhnə sistemi qoruyub saxlamaq arzusunda idilər:

“Sovetlərin dağılması ilə 1991-ci ildə Rusiya Cənubi Qafqazdakı nəzarəti əldən verməmək üçün Ermənistan vasitəsilə Azərbaycan torpaqlarını işğal etdirdi və bununla da dağılan sovet respublikalarına Moskvanın gücünü hiss etdirmək istədi. Bu prosesdə ən böyük ziyanı Azərbaycan gördü. 8 dekabr 2024-cü ildə Suriya lideri Bəşər Əsədin Rusiyaya qaçması ilə sovet sisteminin məhsulu olan Bəəs rejimi də çökmüş oldu. Rusiya, “öyrənilmiş çarəsizlik” prinsipi ilə hərəkət edərək yenidən Azərbaycan vasitəsilə mesaj verməyə çalışdı”.

H. Oktayın fikrincə, Ukrayna böhranına qayıtsaq, ruslar bu böhranı da idarə etməkdə çox uğursuz oldular:

“Ukrayna Rusiyanın bütün strateji planlarını alt-üst etdi və sistemi çıxılmaz bir vəziyyətə saldı. Rusiya bir ay ərzində Ukraynanı tamamilə nəzarət altına almağı planlaşdırdığı halda, gözlənilməz şəkildə Ukraynanın sərt müqaviməti ilə üzləşdi. Ukrayna işğal altında olan öz torpaqlarında mübarizə aparmaqla yanaşı, müharibəni Rusiyanın öz ərazisinə yaymağa müvəffəq oldu. Xüsusilə yüksək texnologiyalı PUA-lar (pilotsuz uçuş aparatları) vasitəsilə Ukrayna Rusiyanın strateji nöqtələrinə hücumlar etməyə başladı. Son zamanlarda isə Ukraynada Rusiya adına döyüşən çeçen qüvvələrinin fəallığı müşahidə olunmağa başlandı”.

Mütəxəssis əlavə edib ki, Azərbaycan mülki təyyarəsi Qroznı hava limanına daxil olmağa çalışdığı bir vaxtda təyyarənin yaxınlığında PUA-ların olduğu iddia edilirdi:

“Rusiyanın hava hücumundan müdafiə sistemi həmin PUA-lara kilidlənərək raket atdı. Bu raketin Azərbaycan təyyarəsini vurduğu ehtimal edilir. Təyyarə Qroznı və yaxınlıqdakı hava limanlarına eniş üçün müraciət etsə də, görünən odur ki, buna icazə verilməyib. Təyyarə Xəzər dənizini keçərək Qazaxıstanın Aktau hava limanına enməyə cəhd etdi. Lakin hava limanının hazırlıq prosesinin gecikməsi səbəbindən təyyarə qəzaya uğradı”.

KAFKASSAM sədri onu da vurğulayıb ki, müharibə şəraitində yaranan gərginlik psixologiyası ilə Rusiyanın hava müdafiə sistemi operatorlarının PUA bəhanəsi ilə Azərbaycan mülki təyyarəsini vurması bir tərəfdən izah oluna bilər:

“Lakin təyyarə vurulduqdan sonra pilotun yaxın hava limanına eniş tələblərinin rədd edilməsi tamamilə beynəlxalq insanlıq cinayətidir. Rusların təyyarənin Xəzər dənizinə düşməsini təmin edərək onun qalıqlarına və “qara qutu”suna çatmağı əngəlləmək və bununla da öz əməllərini gizlətmək istəməsi ehtimalı da var. Ukrayna böhranında ciddi idarəetmə problemləri yaşayan Rusiya Putin dövründən sonra böyük bir sistem dəyişikliklərinə məcbur olacaq. Ukrayna böhranının və Əsəd rejiminin çökməsinin təsirlərini hələ də üzərindən ata bilməyən Rusiya bu qəza ilə əlaqədar olaraq beynəlxalq səviyyədə məsuliyyət hissi ilə üzləşib”.

Rafi Müslümov

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv