!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran 10 milyardlıq iki AES inşa edəcək

!Reklam – Yazi

aes_byuzhe_12İran ölkənin cənubunda iki Atom Elektrik Stansiyasının (AES) tikintisini planlaşdırır.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerji Təşkilatının prezidenti Əli Əkbər Salehi bildirib.

AES-lər Buşəhr vilayətində tikiləcək. Təxminən 10 milyard dollar dəyərində olan layihənin 3-4 il ərzində reallaşdırılması gözlənilir. İşlərə 15 minə yaxın mütəxəssis-texnik cəlb olunacaq.

Layihənin çinlilər tərəfindən həyata keçiriləcəyi planlaşdırılır: `Bizim ekspertlər bir neçə dəfə Çinə gediblər, çinli ekspertlər də dəfələrlə ölkəmizə səfər edib. Vyanada biz amerikalılar və çinlilərlə danışıqlar apardıq və Çində üçtərəfli Tehran-Vaşinqton- Pekin danışıqlarının aparılmasına dair razılığa gəldik`, – deyə Salehi vurğulayıb.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv