İran ABŞ ilə danışıqlarda güzəştə getməsi üçün şərtini açıqladı

media-hightechnic-468x90

“Əgər amerikalılar sanksiyaların ləğvini müzakirə etməyə hazır olarlarsa, İran ABŞ ilə nüvə razılaşmasına nail olmaq üçün güzəştləri nəzərdən keçirməyə hazırdır”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi BBC telekanalına müsahibəsində bildirib.

Tehranın nüvə silahı əldə etməsi imkanlarını müzakirə etməyə hazır olub-olmaması barədə suala cavab verən Təxt-Rəvançi deyib: “Əgər onlar sanksiyalar haqqında danışmağa hazırdırlarsa, biz bunu və nüvə proqramımızla bağlı digər məsələləri müzakirə etməyə hazırıq”.

Nazir müavini vurğulayıb ki, hazırda “top ABŞ-nin meydançasındadır və onlar həqiqətən saziş bağlamaq istədiklərini sübut etməlidirlər”.

Diplomat vurğulayıb ki, İran ABŞ ilə danışıqlarda yalnız nüvə proqramını müzakirə etməyə hazırdır./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05