İran İsrailin hücumundan sonra “bütün vasitələrdən istifadə etməklə” cavab verəcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bu gün keçirdiyi mətbuat konfransında deyib.
İranın dini lideri Ayətullah Əli Xamneyi daha əvvəl deyib ki, “İsrailin hücumunu qiymətləndirməmək olmaz, amma onu şişirtmək də olmaz”. İran və İsrailin hücumlarda razılığa gəldiyi və yeni hücumun baş verməyəcəyi iddiaları bir müddətdir gündəmdədir.
İranın dəqiq mövqe tutduğunu vurğulayan Bekayi, “İsrailin təcavüzünə qəti və təsirli cavab vermək üçün hər vasitədən istifadə edə bilərlər” deyib.
Nəsimi Ələsgərli
www.yenicag.az