İran Hörmöz boğazı ilə bağlı iddiaları təkzib etdi: “Keçid üçün ödəniş tələb olunmayacaq”

media-hightechnic-468x90

İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmöz boğazından keçidlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, boğazın idarəçiliyinin yalnız sahilboyu dövlətlərə məxsus olduğunu vurğulayaraq, keçid üçün hər hansı rüsumun alınmasının gündəmdə olmadığını açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, rəsmi nümayəndə bəzi xidmətlərin göstərilməsi zamanı müəyyən xərclərin yarana biləcəyini, lakin bunun “keçid rüsumu” kimi qiymətləndirilməməli olduğunu qeyd edib.

ABŞ ilə davam edən müzakirələrə də toxunan İranlı rəsmi bildirib ki, bir çox məsələ üzrə ümumi çərçivə müəyyən edilsə də, yekun razılaşma hələ əldə olunmayıb. Sözçü qeyd edib ki, hazırkı vəziyyət anlaşmanın yaxın olduğu mənasına gəlmir.

Bununla yanaşı, İran nümayəndəsi vurğulayıb ki, regional münaqişələrin, o cümlədən Livan cəbhəsindəki qarşıdurmaların tamamilə dayandırılması gələcək potensial razılaşmanın tərkib hissəsi olacaq.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05