İran prezidentindən hicabla bağlı şok açıqlama

media-hightechnic-468x90

1410177272“Bağlamaq, qadağan etməklə heç bir nəticə əldə etmək olmur”.

İran Prezidenti Həsən Ruhani Məşhəd şəhərində çıxış edərkən önəmli məqamlara toxunub. Ruhani ictimai dəyərlərin və hicabın zor gücünə insanlara qəbul etdirilə bilməyəcəyini deyib:

“Bu sahədə əsgər və polisin yerini alimlərimiz, ziyalılarımız, universitet müəllimlərimiz tutmalıdır. Əsgər və polislə heç bir təşviqat olmaz. İslamın yaxşılığı yayma və pisliklərdən çəkinmə prinsipi hər şeydən öncə təhsil yolu ilə insanlara təbliğ edilməlidir. Daha sonra bunları qanunla zəmanət altına ala bilərik. Allaha and olsun ki, bu gün gəncləri razı salmaqdan başqa bir yolumuz yoxdur. Bu işlər güclə olmur. Bağlamaq, qadağan etməklə heç bir nəticə əldə etmək olmur. Bu problemlər qadağalarla həll edilə bilməz”.

Həmçinin, Ruhani korrupsiya qarşı mübarizədə bütün imkanlardan istifadə edəcəklərini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600