ADY Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.

media-banner_tkm

“Report” ADY-yə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində Rusiya Dəmir Yollarının (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə edilib.

Görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin və yükdaşımaların artırılması müzakirə olunub.

Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.

Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Rusiyadakı yüköndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub.

Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən “Cargo Tracking” rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb.

Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05