!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran “siyasi qaynama” həddində: Ruhani namizədliyini irəli sürdü

!Reklam – Yazi

İranın mövcud dövlət başçısı Həsən Ruhani ölkədə mayın 19-da keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən irəli sürüb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ruhaninin namizədliyini irəli sürməsi haqda məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə, hazırda prezident seçkilərində iştirak etmək istəyən iddialıların sayı 860-a çatıb. Namizədlər arasında keçmiş nazirlər, vəzifəli şəxslər, hətta İranın sabiq prezidenti Mahmud Əhmədinejad da var.

Xatırladaq ki, İranda prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesi çərşənbə axşamı başlayıb və bu gün yerli vaxtla saat 18-00-da yekunlaşacaq. Prezidentliyə namizədlərin yekun siyahısını İranın Konstitusiya Mühafizləri Şurası müəyyənləşdirəcək.

Ölkənin ikinci səlahiyyətli şəxsi hesab olunan İran prezidenti hökumət başçısı statusunda olsa da səlahiyyətləri o qədər də geniş deyil. Ölkədə əsas hərbi-siyasi qərarları ali dini rəhbər tərəfindən qəbul edilir. Prezident əsasən, iqtisadi məsələlərlə məşğul olur.

Yeniçağ.Az

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv