Böyük savaşın ayaq səsləri: “Hər iki tərəf ultimatum verir, razılığa gəlmək ehtimalı çox azdır”

media-hightechnic-468x90

“Çin və Rusiya liderlərinin görüşü İrana dəstək vəd etmir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Şərhçi Rusiya və Çin liderlərinin Pekin görüşünü analiz edərək, bu təmasların İrana dəstək məqsədi daşımadığını və rəsmi Tehranın bu görüşdən böyük gözləntilərinin olmasının real görünmədiyini qeyd edib:

“Çinin İrana elə bir ciddi kömək etmək imkanı yoxdur. ABŞ-la mümkün müharibədə İranın da potensialı məhduddur. İran yalnız ətraf əraziləri vura bilir, Amerikanın bölgədəki bazalarına zərbələr endirir və İsraili hədəf alır. Onların birbaşa ABŞ-ın özünü vurmaq imkanı isə yoxdur. Bu baxımdan, yaxın günlərdə müharibənin yenidən qızışacağı ehtimal olunur. ABŞ əvvəlcədən vəd etdiyi hava zərbələrini İranın elektrik stansiyalarına və körpülərinə endirə bilər. Bu zərbələr gözlənilməz xarakter daşıyacaq; çünki İran həmin obyektlərin ətrafında “canlı qalxan” yaradır. ABŞ isə bunun qarşısını almaq üçün qəfil zərbə variantlarını müzakirə edir.

İstisna deyil ki, ABŞ blokadasının yaratdığı ağır iqtisadi vəziyyət fonunda bu zərbələrdən sonra yenidən danışıqlar masasına qayıdılsın. Mümkündür ki, Çin də bu məsələdə İrana müəyyən təsir göstərməyə çalışsın. Nəticədə hansısa razılığa gəlmək ehtimalı yarana bilər. Hələlik hər iki tərəf bir-birinə ultimatumlar verir və mövcud şəraitdə ortaq məxrəcə gəlmək imkanı çox azdır. Danışıqlar zamanı tərəflər adətən kompromisə meyilli görünsələr də, görüşdən dərhal sonra yenidən hədə-qorxu ritorikasına qayıdırlar. Görünür, ABŞ və İranın diplomatik üslubu məhz belədir.

Yəqin ki, hər iki tərəf gec-tez bu gərginliyin hər kəsə zərər vurduğunu anlayacaq. Çin və Rusiya liderlərinin danışıqlarında İran mövzusu mütləq müzakirə olunacaq, lakin onların İrana real yardım etmək imkanları o qədər də geniş deyil. Bununla belə, Çin lideri adətən verdiyi vədə sadiq qalan və sözünün arxasında durmağı bacaran siyasətçilərdən biridir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05