!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrandakı seçkilərlə bağlı operativ TƏHLİL: “Prezident o seçiləcək” – Qonşu ölkədə Azərbaycan FAKTORU

!Reklam – Yazi

“İranda cərəyan edən hadisələr göz qabağındadır. Dəfələrlə demişəm ki, İranda siyasi sistem elə qurulub ki, fərdlərin dəyişməsindən asılı olmayaraq, ana xətt olduğu kimi qalır və bu, belə də davam edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O, bu gün İranda keçirilən prezident seçkilərində əsas namizəd sayılan Məsud Pezeşkianın qələbə qazanması ehtimalından, habelə Tehran administrasiyasının regional siyasətində edilə biləcək dəyişikliklərdən söz açıb.

“O ki qaldı İranda azərbaycanlılara olan münasibətə, son zamanlar müsbət tendensiyanı görürük. Bunun da bir neçə səbəbi var. Bunun səbəbi həm Azərbaycanla olan münasibətlərdir ki, bunlar artıq tənzimlənib və Azərbaycanla olan anlaşılmazlıqlar aradan qaldırılıb. Odur ki, Bakı ilə Tehran arasındakı münasibətləri kifayət qədər müsbət dəyərləndirmək olar”, – deyə əlavə edib.

Onun sözlərinə görə, hətta iş o yerə çatıb ki, bir neçə ay bundan qabaq İranla Azərbaycan arasında hərbi münaqişədən danışan beynəlxalq ekspertlər İranla Azərbaycan arasında birgə hərbi təlimlərin keçirilməsinin şahidi oldular:

“Bu, kifayət qədər yüksək göstərici idi. Doğrudur, hərbi baxımdan o qədər yüksək səviyyədə olmasa da, bunun siyasi əhəmiyyəti çox yüksək idi. Odur ki, bu seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibət, azərbaycanlılara olan münasibət getdikcə müsbətə doğru dəyişəcək. Hər halda, yaxın perspektivdə bu olacaq”.

Ekspertin fikrincə, Məsud Pezeşkianın seçkiləri qazanması ehtimalına gəlsək, açıq şəkildə deməliyik ki, İranda seçkilərin yekunlarının qabaqcadan proqnozlaşdırılması o qədər də çətin olmur:

“Bu səfər də İranda keçirilən seçki öncəsi sorğular onu göstərir ki, Pezeşkian öndədir ilə və çox güman ki, o da seçiləcək. Prezident seçiləndən sonra da Pezeşkian Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması ilə bölgədə sabitliyin təmin olunması üçün birgə fəaliyyət kursunu davam etdirəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv