!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycana qarşı İKİÜZLÜ SİYASƏTİ: "İsrailin Tehrana qarşı təzyiqlərinin artması..." - ŞƏRH

!Reklam – Yazi

“İran ölkəmizlə münasibətləri korlayan addım atsa, bu halda Azərbaycanla olan ticarət əlaqələrində ziyan çəkəcək”.

Bu sözləri prezident İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı İran haqqında səsləndirdiyi fikirləri analiz edən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, İran tərəfi sözdə Azərbaycanla dost olduğunu bildirsə də, praktikada bu sözünün üstündən xətt çəkən davranışlar sərgiləyir:

“Prezident İlham Əliyev müsahibəsində İran tərəfinə müraciət edərək Azərbaycana qarşı atdığı yanlış addımlara son verməsini bildirib. Çünki Azərbaycan tərəfi qonşuları ilə düşmənçilik ideologiyasına malik deyil. Hər zaman əməkdaşlıq, normal diplomatik münasibətlər prinsipini qoruyub. Azərbaycan öz ərazi bütövlüyünə, xalqının suverenliyinə hörmət edən hər kəsə qapısını açıb. Hörmət etməyənə isə layiqincə cavab verilib və veriləcək.

Zənn edirəm ki, İran tərəfi proseslərin yanlış anlaşıldığını, Azərbaycanla dostluq münasibətlərinə sadiq qaldığını dilə gətirərək işin içərisindən çıxmağa çalışacaq. Azərbaycan kimi bir qonşu ilə münasibətləri korlamaq İran üçün heç sərf etməz. İranın özü də bunu anlayır. Bu baxımdan, İranın belə yanlış addım atacağını zənn etmirəm. Əgər İran ölkəmizlə münasibətləri korlayan addım atsa, bu halda Azərbaycanla olan ticarət əlaqələrində ziyan çəkəcək. Əsas məsələ isə budur ki, Azərbaycan-İsrail əlaqələri daha da güclənəcək. İsrailin Azərbaycan vasitəsilə Tehrana qarşı təzyiqlərinin artması bölgədə stabilliyi, sülhü pozduğu üçün İran xarici təzyiqlərə məruz qala bilər. Xüsusilə də bu mövzuda ABŞ təzyiqləri mühüm rol oynaya bilər. Həmçinin İran cənubda yaşayan milyonlarla azərbaycanlıların ixtişaşları ilə üzləşə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv