!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda baş verən partlayışın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO

!Reklam – Yazi

 

Xəbər verirdiyimiz kimi, fevralın 5-də İrəvanda güclü partlayış baş verib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Erebunidə yaşayış evində baş verən partlayışın görüntüləri yayılıb.

Bu gün saat 11:36-da Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvanın Nor Areş küçəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumata görə, partlayışa səbəb qaz sızması olub. Evin dağıntıları altından iki nəfərin meyidi, iki nəfər isə yaralı çıxarılıb.

Bütün qonşu evlərə ziyan dəyib, şüşələr sınıb. Sakinlər müvəqqəti olaraq evlərini tərk ediblər.

Polis ərazini mühasirəyə alıb. Hadisə yerində xidməti itləri olan kinoloqlar işləyir.

Xuraman Etibarlı

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv