İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

media-hightechnic-468x90

İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya humanitar yardım üçün əlavə 40 milyon avro ayrıldığını elan edib.

media-banner_tuq

Yenicag.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.

“Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam”, – A.Sibiqa qeyd edib.

Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05