Antik dövrün ən qədim şəhərlərindən olan Palmira “İŞİD” qruplaşması tərəfindən işğal olunduqdan sonra sürətlə öz tarixi keçmişini itirir.
Bu dəfə qruplaşma üzvləri 3 tarixi qülləni partladıb. Suriya dövlət qədimlik direktoriyasının rəhbəri Maamun Əbdülkərim həmin qüllələrin dəfn ayinləri üçün istifadə edilən və ən yaxşı vəziyyətdə qalmış tarixi abidələr olduğunu da təəssüflə deyib.
Palmira xarabalıqları YUNESKO-nun dünya irsi siyahısında Suriyadan daxil edilmiş 6 obyektdən biri idi. Mayın ortalarından şəhəri zəbt edən “İslam dövləti” qruplaşması Palmiradakı 2 min il yaşı olan məbəd və qüllələri bütpərəstlik simovlu kimi məhv edir(modern).
www.yenicag.az