İŞİD-ə qarşı yeni taktika-Video

media-hightechnic-468x90

скачанные файлыMəlum olub ki, İngiltərənin hərbi qüvvələri 1 ay ərzində İraqda apardığı əməliyyatlar nəticəsində, 200-ə yaxın İŞİD döyüşçüsünü məhv edib.

Yenicag.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, İngiltərə ordusu, təkcə havadan deyil, həm də quruda da hərbi əməliyyatlar həyata keçirib. İngiltərənin SAS adlı xüsusi təyinatlı qrupu İraqın şimal vilayətlərində İŞİD-in hədəflərinə hücumlar etdiyi aşkara çıxıb. Qeyd edək ki, bu əməliyyatlarda pilotsuz idarə edilən təyyarələrdən də istifadə edilir.

Belə hücumlar nəticəsində, İŞİD-in gündə 8 döyüşçüsünün öldürüldüyü bildirilir. Bir məqamı da vurğulayaq ki, təqaüdə çıxan iki ingilis əsgərinin Kobanidə kürd yaraqlılarına qoşularaq, İŞİD-ə qarşı döyüşdüyü məlum olub.

Digər məlumata görə, İraqın Müdafiə naziri Halid Ubeydinin Mosulda yaşayan 78 yaxın qohumu İŞİD döyüşçüləri tərəfindən qaçırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600