!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-ə qoşulmaq istəyən 250 nəfər saxlanıldı – Aralarında azərbaycanlılar da var

!Reklam – Yazi

sdsf2Türkiyə – Suriya sərhədində 250 nəfər İŞİD-ə qoşulmaq istəyən şəxs saxlanılıb.

Həmin şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, İngiltərə, İraq, Şərqi Türküstan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, İordaniya və Bolqarıstan vətəndaşları olub. Terror təşkilatına qoşulmaq istəyən şəxslər Suriyaya Türkiyənin Hatay şəhərindən keçmək niyyətində olublar.
Lakin polisin ayıq-sayıqlığı onların bu istəklərini yarımçıq qoyub.

Bundan əvvəl isə Türkiyədə İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var idi.

İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilirdi.
İŞİD-də qoşulmaq istəyən şəxslər

Türkiyə höküməti terror təşkilatına qoşulan insanların sayını nəzərə alaraq Suriya ilə sərhədə 2 metr enliyində, 3 metr yüksəkliyində və 7 ton ağırlığında beton hasar inşa edib. 11 km-lik hasar ölkənin Hatay şəhəri ilə Suriya arasında hörülüb. Sərhəd 7 gün 24 saat mühafizə olunur.


Türkiyə Suriya sərhədi

Suriyanın İdlib və Latakiya şəhərləri ilə sərhədə isə 4 metr enində 5 metr hündürlüyündə hasarlar inşa edilib.


Suriya – Türkiyə sərhədində inşa edilən hasar(Ans)

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv