Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İŞİD liderlərindən biri İstanbulda ələ keçirildi

İŞİD terror təşkilatının liderlərindən biri, “Basim” ləqəbli Əfqanıstan əsilli terrorçu İstanbulda saxlanılıb.

Yenicag.az xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Agentliyi və İstanbul terrorla mübarizə polisi tərəfindən həyata keçirilib.

Birgə əməliyyat nəticəsində saxlanılan şəxs İŞİD-in hərbi qruplaşmasının rəhbəri hesab edilir.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq bir çox terror aktlarının törədilməsində təqsirli bilinən “Basim” Suriyadan Türkiyə ərazisinə keçərək İstanbulda saxta pasportla yaşayıb. O, Ataşehir rayonunda ələ keçirilib.

“Basim” ləqəbli terrorçu iki il əvvəl Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin əsas adamlarından biri olub./unikal.org/

Loading...

www.yenicag.az

163
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100