İslam ölkələrinin vahid hərbi alyansı: "Müsəlman coğrafiyasında təhlükəsizliyin təmin olunması..."

media-hightechnic-468x90

“Müsəlman coğrafiyasında təhlükəsizliyin təmin olunması bu gün son dərəcə zəruri məsələyə çevrilib”.

Bunu NATO-nun İslam ölkələri variantının yaradılmasının mümkünlüyü barədə danışan politoloq Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında deyib.media-elsadmirbesiroglu1

Politoloq bildirib ki, müsəlman əhalinin yaşadığı coğrafiyalarda münaqişə potensialı daha böyükdür:

“Bu bölgələrdə qarşıdurmaların geniş yayılması təsadüfi deyil. Yəni həmin ərazilərdə münaqişələrin yaradılması və idarə olunması çox ciddi geosiyasi layihələrin tərkib hissəsidir.

Müsəlman coğrafiyasında özünümüdafiə imkanlarının və təhlükəsizliyin təmin olunması məsələsi olduqca vacibdir. Azərbaycanın da bu mövzuya xüsusi diqqət yetirməsi səbəbsiz deyil. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlərdə də müdafiə imkanlarının genişləndirilməsi zərurəti vurğulanmışdır.

Eyni zamanda, Pakistanın açıqlamaları da gələcək təhlükəsizliyə baxış elementlərini özündə əks etdirir. Çünki müsəlman coğrafiyasında təhlükəsizliyin təmin olunması bu gün son dərəcə zəruri məsələyə çevrilib.

Bu hər hansı bir qarşı blok yaratmaq məqsədi kimi anlaşılmamalıdır. Sadəcə olaraq özünümüdafiə imkanlarının artırılması mövcudluq və yaşamaq tələbindən irəli gəlir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa