!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslam Oyunlarında dərslər təxirə salınacaq?

!Reklam – Yazi

“Mayın 12-22-də keçiriləcək Oyunlarının yüksək səviyyəli beynəlxalq tədbir olduğunu nəzərə alaraq şagirdlərin və məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, tədris proqramlarının vaxtında yerinə yetirilməsi əsas məqsədlərdən biridir: “Tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin ediləcək. Bunun üçün xüsusi təşkilati işlər görülür”.

Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağına gəlincə, M. Vəliyeva vurğulayıb ki, bununla bağlı Təhsil Nazirliyi idarəyə heç bir tapşırıq və ya göstəriş verməyib: “Hər hansı göstəriş olarsa, o zaman icra ediləcək”.

Yeniçağ.az

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv