İşlədiyi uşaq evindən oğurluq edən qadın saxlanıldı

media-hightechnic-468x90

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.

Bu barədə Yenicag.az-a DİN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600