İspaniyanın cənub səhillərində 5 miqrantın cəsədi tapılıb.
Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumata görə, cəsədlər Tarifa şəhərinin yaxınlığında suda və sahildə tapılıb.
Miqrantların ölümünün səbəbi məlum deyil.
“Əgər biz sağ qalan tapmasaq, nə baş verdiyini bilmiyəcəyik”, – polis nümayəndəsi deyib.
Qeyd edək ki, bu ay Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, 2016-cı ildə 5 mindən çox miqrant Avropaya düşmək üçün Aralıq Dənizini keçməyə cəhd edərkən suda batıb ölüb, 363 min nəfər isə Avropaya keçə bilib.
Yeniçağ.Az