İsrailə məhsul ixrac edən ölkələrin siyahısı açıqlandı: Azərbaycan neçənci sıradadır?
İsrailə ən çox məhsul ixrac edən ölkələr açıqlanıb.
Yenicag.az xəbər verir ki, siyahıda ABŞ İsrailə etdiyi 17,13 milyard dollarlıq ixracla açıq fərqlə birinci olub.
ABŞ-nin ardınca gələn İrlandiya 3,24 milyard dollar, Çin isə 2,83 milyard dollarlıq ixracla diqqət çəkib.
Siyahının dördüncü sırasında 2,70 milyard dollarla Niderland, beşinci sırasında isə 2,28 milyard dollarla Almaniya yer alır.
Türkiyədə bir sıra radikal dini qrupların israrla ittiham etdiyi ölkəmiz isə İsrailə ixrac edən ölkələr siyahısında 47-ci sırada yer alıb. Azərbaycanın İsrailə ixracının məbləği 239,14 milyon dollar olaraq qeydə alınıb.