!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbul görüşü ətrafında artan SPEKULYASİYA: “Bu məsələnin dərinliyinə getməyimizə...”

!Reklam – Yazi

“İstanbul görüşündə antiterror əməliyyatının keçirilməsi ilə bağlı razılığa gəlindiyi inandırıcı deyil”.

Bu fikirləri Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatından əvvəl  sentyabrın 17-də İstanbulda Avropa İttifaqı (Aİ), ABŞ, Rusiya və Türkiyə təmsilçiləri arasında keçirilmiş görüşlə əlaqədar iddialara münasibət bidirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayılın sözlərinə görə, haqqında danışılan görüş barəsində dövriyyəyə buraxılan məlumatların məzmunundan asılı olmayaraq, Azərbaycan artıq öz işini görüb:

“O günlərdə Azərbaycan həm təmas xəttinə, həm də dövlət sərhədinə xeyli hərbi qüvvə cəmləşdirmişdi. Paşinyan isə altı ölkənin rəhbərinə müraciətində Azərbaycanın bu hazırlığının qarşısının alınmasını xahiş etmişdi.

Təbii ki Ermənistanla münasibətləri xeyli pisləşsə də, Rusiya həmin günlərdə yenidən artan gərginliyi aradan qaldıra bilərdi. İstanbuldakı görüşə qatılan tərəflər isə bu məsələni ohdəlik yox, məşvərət formasında qaldırıblar ki, Rusiya hərbi toqquşmanın yenidən alovlanmasına imkan verməsin.

İnanmıram ki, o görüşdə məlum əməliyyatın keçirilməsi ilə bağlı yekdil razılığa gəlinsin. Ermənilərin bu barədə verdikləri analizlərdə Qərb və Rusiyanın Ermənistana sanki xəyanət etdiyi qabardılır.

Məncə, bizim bu məsələnin dərinliyinə getməyimizə qətiyyən ehtiyac yoxdur. Çünki artıq işimizi görmüşük. Qərbin və Rusiyanın antiterror əməliyyatına razılıq verib-verməmələri artıq aktual deyil. Digər tərəfdən, iddia edildiyi kimi, belə bir razılaşma olsaydı, o zaman tərəflərdən biri mütləq şəkildə şantaja əl atacaqdı”.

Səxavət Məmməd

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv