İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatdı

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfər çatıb.

Yenicag.az-ın məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S.Soylu deyib: “Bizim sizə verdiyimiz son məlutlarda 14 nəfər öldüyü, 14 nəfərin isə xilas edildiyi bildirilirdi. Lakin daha sonra dağıntılar altında daha 3 nəfərin cəsədi çıxarılıb – Şevval Yıldız və Eylül Dərvişoğlunun”.

Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Ə.Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.

Onun sözlərinə görə, bina ümumilikdə 43 nəfər qeydiyyatda olub.

Xatırladaq ki, fevralın 6-sı İstanbul şəhərinin Kartal rayonunda 8 mərtəbəli bina çöküb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600