!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Fətullah Gülənin qardaşı oğlu və daha üç qohumu saxlanıldı

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda Fətullah Gülənin qardaşı oğlu Selman Gülən, onun həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk və qayınanası Mine Öztürk saxlanılıblar.

Yenicag.az xəbər verir ki, Əməliyyatı İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu və Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) birgə həyata keçirib.

Aparılan istintaq çərçivəsində məlum olub ki, saxlanılan şəxslər Fətullah Gülənin göstərişlərini icra ediblər.

Onlar əsasən FETÖ-nün bank və maliyyə sistemini idarə edib, vəqflərə daxil olan şəxslərlə mütəmadi tapşırıqlar veriblər.
Axtarışlar zamanı çoxlu rəqəmsal materiallar, külli miqdarda xarici valyuta və iki saxta şəxsiyyət vəsiqəsi də ələ keçirilib.

Mənbə: TRT Haber

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv