İsveç millisinin baş məşqçisi işdən qovuldu

media-hightechnic-468x90

Futbol üzrə İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson istefaya göndərilib.

media-banner_tkm

Yenicag.az İsveç Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qərar İsveç yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrindən sonra verilib.

B qrupunun IV turunda doğma meydanda Kosovo yığmasına 0:1 hesabı ilə uduzan İsveç millisi 1 xalla sonuncu pillədədir. Komanda mundialın final mərhələsinə vəsiqə şansını itirib.

Qeyd edək ki, Yon Dal Tomasson 2024-cü ilin fevral ayından İsveç yığmasına başçılıq edirdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05