İtaliyada Stromboli vulkanı aktivləşdi

media-hightechnic-468x90

İtaliyanın Stromboli adasında yerləşən eyniadlı vulkanda aktivlik müşahidə edilib.

Yenicag.az xəbər verir ki, yenidən fəallaşan vulkanda lava axınları müşahidə olunub. Püskürmədən sonra vulkanın kraterində orta və güclü partlayışlar qeydə alınıb, çökmə baş verib.

Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adalar qrupuna aiddir. Stromboli vulkanı 1932-ci ildən indiyədək bölgədəki ən aktiv vulkanlardan hesab olunur. Üç fəal krateri olan vulkanda sonuncu güclü püskürmə 2019-cu ildə baş verib./Azərtac/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600