!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İTV Gömrük Komitəsini belə vurdu - “Azərbaycan milyonlardan məhrum edilir”

!Reklam – Yazi

İctimai Televiziya ölkədə davam edən ciddi problemlərdən biri olan Gömrük rüsumu ilə bağlı videoreportaj hazırlayıb.

Yenicag.az xəbər verir ki, reportajda gömrük rüsumlarının baha olması və bu səbəbdən vətəndaşların alternativ yollardan istifadəsinin ölkə büdcəsinə vurduğu zərər qabardılıb.

Əsasən avtomobil idxalından bəhs edən videoreportajda vətəndaşların Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən rüsumları ödəməkdən qaçmaq üçün baş vurduqları alternativ yollar işıqlandırılıb. Belə ki, vətəndaşlar avtomobilləri özləri alsa da, rüsum ödəməmək üçün aldığı minik vasitəsini xaricdə yaşayan qohum və ya digər şəxslərin adına sənədləşdirir. Buna səbəb isə, qonşu ölkələrin daha az rüsum tələb etməsidir.

Vətəndaşlar iddia edir ki, onlar əgər Dövlət Gömrük Komitəsi tərəfindən qeydiyyata alınarsa, xaricdə aldığı avtomobilin öz dəyəri, bəzən isə bundan daha artığını ödəməli olacaqlar. Bu isə, onların büdcəsi üçün uyğun deyil.

Ekspertlərin fikrincə, bu cür hallar həm də ölkə büdcəsinə milyonlarla manat zərər deməkdir. Çünki, vətəndaşlar ölkəyə gətirdiyi avtomobil üçün heç bir rüsum ödəmir.

İndi ekspertlər təklif edir ki, ölkə büdcəsini mövcud itkilərdən qorumaq üçün gömrük rüsumları barədə yenidən qanun layihəsi hazırlanmalı və müvafiq azalmalar edilməlidir.

Gömrük rüsumunun azaldılmasına qarşı olan şəxslər isə, buna səbəb kimi avtomobil tıxacının artacağını və bunun nəqliyyatda ciddi fəsadlar törədəcəyi iddia edir. Ekspertlər bu iddiaya da cavab verərək, sözügedən tıxac və digər halların qarşısını almaq yollarının da mövcud olduğunu bildirib.

www.yenicag.az

2297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv