!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İzmirdə zəlzələ 30-a yaxın binanı dağıtdı - Ölənlərin sayı 12 nəfərə, yaralıların sayı 607 nəfərə çatdı - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.

Bu barədə Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

“Son məlumatlara görə, zəlzələ zamanı 12 nəfər həlak olub, 522 nəfər xəsarət alıb. Dağılmış 17 binanın dağıntıları altında insanlar var, orada xilasedicilər işləyir”, – nazir jurnalistlərə bildirib.

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb.

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir. 

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

***

Türkiyənin İzmir şəhərində baş verən 6,6 ballıq zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb, 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

Həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

 

www.yenicag.az

3789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv