!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

JAM.AZ-ın baş redaktoru imzatoplama kampaniyasına başlayır

!Reklam – Yazi

1442908869_fikoFikrət Fəraməzoğlu: «Qısa müddətdə 450 imzanı toplayıb, DSK-ya təqdim edəcəyik»

Xəbər verdiyimiz kimi, JAM.AZ-ın baş redaktoru noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib. Fikrət Fəraməzoğlu bununla bağlı 72 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına sənədlərini təqdim edib və bu gün imza vərəqlərini götürməklə bağlı cavab alıb.

JAM.AZ-a açıqlama verən baş redaktor bildirib ki, iki gün sonra Yardımlıya gedərək, DSK-dan imza vərəqlərini götürəcək. «DSK-dan bu gün bildirdilər ki, imza vərəqlərini götürə bilərəm. İki gün sonra imza vərəqlərini götürüb, imzaların toplanılmasına start verəcəyik. Qısa müddətdə imzaları toplayıb, təhvil verəcəyik. Bununla bağlı hazırlıqlarımız çoxdan görülüb».

Fikrət Fəraməzoğlu qeyd edib ki, 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyini irəli sürməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu dairədə onun doğulub, böyüyüb, başa çatdığı kəndləri yerləşir. Eyni zamanda, həmin dairədə yaşayan insanlar hələ 2005-ci ildən onu yaxşı tanıyırlar. «Həm jurnalist fəaliyyətim, həm ərazini yaxşı tanımağım, eyni zamanda bu rayonların problemləri ilə bağlı yetərli qədər çalışmağım yenidən həmin dairədən namizədliyimi irəli sürməyimi şərtləndirdi. Əminliklə bəyan edirəm ki, əgər ədalətli seçki keçirilərsə, oradan deputat seçiləcəm».

Xatırladaq ki, Fikrət Fəraməzoğlu 2005 və 2010-cu illərdə keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olub. 2005-ci il seçkilərində yetərli qədər səs toplamasına rəğmən, saxtakarlıqla nəticələr dəyişdirilərək, başqa biri qalib elan edilib. 2010-cu ildə isə hakimiyyət dairələrinin təzyiqi və tapşırığı əsasında onun namizədliyini qeydiyyata alınmamışdı.

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv