Kadi Borgesdən zədəsi barədə AÇIQLAMA
“Qarabağ”ın futbolçusu Kadi Borges özünün zədəsi ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, futbolçu bu barədə “Instagram” hesabında paylaşım edib.
“Çətin anlar hər idmançının həyatının bir hissəsidir, lakin bu bizim başımıza gələndə, inanmaq çətindir. Bu zədə mənim üzümdəki təbəssümü, bütün bunların prosesin bir hissəsi olduğuna olan inamımı əlimdən almayacaq və mən mütləq bu andan çox şey öyrənərək daha güclü qayıdacağam. Sevgi və qayğı dolu bütün mesajlarınız üçün çox sağ olun. Hamınızı çox sevirəm. Sizi ürəyimdə daşıyıram”, – deyə futbolçu paylaşımında qeyd edib.
Qeyd edək ki, Kadi Borges “Qarabağ” – “Çelsi” (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.












