!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırovun səhhətiylə bağlı ŞOK İDDİA: Narkotikdən ağrıkəsici kimi istifadə edir

!Reklam – Yazi

Çeçenistan rəhbəri Ramzan Kadırovun görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib – o, kökəlib və şişib. Mütəxəssislərin rəyinə görə, çox güman ki, bu, onun səhhətindəki problemlərdən xəbər verir.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, “Nove Tilo” klinikasının plastik cərrahı Dmitri Slosser “Kanal 24”ə çeçen liderin xarici görünüşündəki dəyişiklikləri şərh edib. Onun sözlərinə görə, Kadırovun kosmetik müdaxiləyə əl atması ehtimalı azdır.

“Heç kim güman edə bilməz ki, Ramzan Kadırov kosmetologiyaya və ya plastik cərrahiyyəyə müraciət edib. Çox güman ki, söhbət hansısa müəyyən ödemə gətirib çıxaran şeydən gedir”, – Slosser deyib.

Hələ mart ayında “Bild” qəzeti Kadırovun böyrəklərində ciddi problem olduğunu yazmışdı. O, uzun müddət ictimaiyyət qarşısına çıxmamış və Çeçenistanda bir neçə mühüm hadisəni buraxmışdı. Bu da öz növbəsində onun ölümü ilə bağlı şayiələrə səbəb olmuşdu. Ancaq o sonra ortaya çıxdı və necə deyərlər, qaldığı yerdən fəaliyyətinə və açıqlamalarına davam etdi.

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov hesab edir ki, Putinin əlaltısının narkotik aludəçiliyi var, əvvəlcə bu dərmanlardan dopinq və ağrıkəsici kimi istifadə etməyə məcbur olsa da, sonradan səhhətində problemlər yaranmağa başlayıb.

 

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv