Kamal Kılıçdaroğlu istefa xəbərini təkzib etdi: “Yalandır”

media-hightechnic-468x90

bnvnbvgCHP lideri Kamal Kılıçdaroğlu istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

media-banner_tuq

CHP lideri hurriyyet.com-a açıqlamasında xəbərlərin yanlış olduğunu bildirib: “Bunlar tamamən yanlış məlumatlardır. Müzakirə mövzusu belə deyil”.

Eyni zamanda seçkinin ilkin nəticələrini də dəyərləndirən Kılıçdaroğlu bildirib ki, lazım olan dəyərləndirmələr ediləcək, yanlışlar və doğrular ortaya qoyulacaq: “Ancaq əldə olunan nəticəni uğursuzluq kimi dəyərləndirmək doğru deyil. Əsas məsələ bir-birimizi başa düşməkdədir. AKP-lilər bizə qulaq tıxadı, nə dediyimizi belə eşitmədilər. Bu anlamda ortada bir demokratiya krizi var. Bir-birimizi dinləməkdən dolayı yaranmış bir qavrayış var. O kütlələr bizi necə dinləyə bilər. Bunu dəyərləndirməmiz lazımdır. Biz isə onları dinlədiyimizi düşünürük. Baş naziri sabahdan axşama qədər dinləyirik. Seçicini də qulaqlarımızı açaraq dinləyirik. Amma anlaşılan odur ki, onları birdən-birə razı salmaq olmur. Bunun zaman alacağını düşünürəm”(qafqazinfo.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05