Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kanadadan separatçılara ZƏRBƏ: Ermənilərin lehinə olan təklif rədd edildi - VİDEO

Reklam: Sinerji Pro

Kanada Senatı Qarabağdakı qondarma rejimin tanınması haqqında təklifi qəbul etməyib.

Yenicag.az xəbər verir ki, Mühafizəkarlar Partiyasından olan yunan əslli senator Leo Housakos Kanada Senatının bu gecə baş tutan toplantısının gündəliyinə Qarabağdakı separatçı rejimin tanınması haqqında maddənin daxil edilməsi təklifini irəli sürüb.

Sözügedən senator Kanada hökumətini “Türkiyə və Azərbaycanın Qarabağa hücumunun pisləməyəi, Türkiyəyə hərbi təchizatların satışının qadağan edilməsinə və Dağlıq Qarabağın müstəqilliyini tanımağa” çağırıb.

Lakin yunan senatorun bu təklifi qəbul edilməyib. 53 senatorun əleyhinə, 16 senatorun isə lehinə səs verdiyi təklifə 5 senator bitərəf qalıb.

Beləliklə, Fransa Senatından fərqli olaraq, Kanada Senatı Azərbaycan və Türkiyə əleyhinə olan bu təklifi rədd edib.

www.yenicag.az

1364