Kəbəyə yeni örtük salınıb

Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.

Yenicag.az xəbər verir ki, hacı namizədlər namaz qılmağa başladıqdan sonra Kəbənin yeni örtüyü salınıb. Kəbənin üzərinə salınmış xüsusi örtük Məkkədə 200 işçinin əməyi ilə toxunub. 670 kiloqram təmiz ipək, 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən hazırlanan yeni Kəbə örtüyündə müxtəlif ayələr və dualar yer alır. Kəbə örtüyünün Kral Əbdüləziz Kisve-i Şərif Kompleksində istehsal edildiyi bildirilib.