Keçmiş Baş nazir rüşvətlə ittiham olundu
İsrailin keçmiş Baş naziri Ehud Olmert rüşvət aldığı iddia edilib.
İsrailin keçmiş Baş naziri Ehud Olmertin Qüds bələdiyyə başçısı olduğu zaman daşınmaz əmlakın sənədləşməsində rüşvət aldığı iddia edilib. Bu gün isə məhkəmə tərəfindən ittiham olunub.
Qeyd edək ki, Olmert əvvəllər də bir neçə dəfə rüşvət aldığına görə sorğu-sual olunub. Qüdsdə bələdiyyə başçısı olduğu zaman şəhərdə lüks mənzillərin tikilməsi üçün milyonlarla dollar aldığı iddia edilib.
2008-ci ildə isə Olmert rüşvət aldığına görə Baş nazir postundan istefa verib(axar.az).