Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keçmiş dövlət müşaviri: "İran boş-boş söz oyunu ilə məşğul olmaqdansa..." - Tehranın hədsizliyinə REAKSİYA

Reklam: Sinerji Pro

“İran çox yaxşı bilir ki, İran-Azərbaycan sərhəddindən İsrail əsgəri, İsrail hərbi bazası yoxdur”.

Bunu rəsmi Tehranın Azərbaycan-İran sərhədində İsrail hərbçilərinin olması barədə səsləndirdiyi ittihamları və Azərbaycan XİN-in bu hədsiz açıqlamalara cavabını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, İran Azərbaycanı daxildən qarışdırmağa çalışır:

“İran hüseynçilərə, beytullahçılara mesajlar ötürür. Düzdür, onların hamısı nəzarət altındadır. Çox az miqdardadırlar. İran heç cür Azərbaycanın müstəqlilliyini, torpaqlarını işğaldan azad etməsini həzm etmək istəmir. İranın irəli sürdüyü ittihamlar dəyərləndirilməyə də layiq deyil. Uşaq da bilir ki, orada İsrail yoxdur. Deyir, ayının yüz oyunu var, bir armudun başında. İranın bu oyunlarının hamısı Zəngəzur dəhlizinə görədir. İran istəyir ki, Zəngəzur dəhlizi açılmasın. İran Ermənistanla birləşib Gürcüstandan keçməklə Qara dənizə çıxış üçün yollar axtarır. İranın söylədikləri hamısı şərdən, böhtandan ibarətdir. Azərbaycan tərəfi tələb etdi ki, ittihamlarla bağlı sübut və dəlillər təqdim edilsin. İran bunu etmir, çünki yoxdur. İran boş-boş söz oyunu ilə məşğul olmaqdasa, əlində sübut varsa, Azərbaycanı beynəlxalq məhkəməyə versin”.

Səxavət Məmməd

www.yenicag.az

342
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100