Keçmiş nazir qızının toyuna 74 milyon dollar xərclədi
Hindistanın Karnataka ştatının keçmiş nazirin qızına keçirdiyi toy 74 milyon dollara başa gəlib.
49 yaşlı Qali Janardhana Reddi mərasimdə şou təşkil etməkdən ötrü 8 Bollivud rejissoru cəlb edib.
Mərasim 5 gün davam edib, qonaqları yerli tanınmışlar əyləndiriblər.
Məlumatda qeyd edilir ki, gəlin məşhur dizaynerlər dəstəsinin, bəy isə 5 ağ atın əhatəsində olub. Qızın valideynləri mərasim üçün xüsusi yazılan mahnını ifa ediblər.
Redi Hindistanın ən varlı siyasətçilərindən biri hesab olunur. O 2014-cü ildə Karnataka ştatındakı dəmir filizinin hasilatı üçün lisenziya alıb.(modern)