!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş nazirdən şagird intiharına REAKSİYA: “Dəqiqliklə araşdırılmalıdır”

!Reklam – Yazi

“Bu hadisə ilə bağlı yalnız danışılan söz-söhbət əsasında nəticə çıxarmaq doğru olmaz”.

Bu fikirləri Yenicag.az-a 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı və olay ətrafında baş verənlərə münasibət bildirən keçmiş ədliyyə naziri İlyas İsmayılov deyib.

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ətrafında ictimai diskussiyalar ara vermir.

Elinanın özünə qəsd etməsinin səbəbləri və olaydan sonra məktəb rəhbərliyi ilə şagirdin çatdırıldığı xəstəxananın həkim personalının davranışlarına dair aşkara çıxan faktlar bu istiqamətdə müzakirələri daha da genişləndirir.

İctimai rəy şagirdin intiharının və ona vaxtında yardım göstərilməməsinin səbəbkarlarının ən sərt şəkildə cəzalandırılmasını tələb edir.

Hadisə haqqında Yenicag.az-a fikirlərini lakonik formada açıqlayan İlyas İsmayılov faktın ciddiliyini nəzərə alaraq, onun hərtərəfli araşdırılmasının və təhqiqatın nəticələrini gözləməyin vacibliyini bildirib:
“Əvvəl ona diqqət etmək lazımdır ki, intihar hadisələrinin belə geniş təbliği doğru hal deyil.

Məktəbli qızın intiharına gəldikdə isə hesab edirəm ki, hadisə dəqiqliklə araşdırılmalıdır.

Yəni bu hadisə ilə bağlı yalnız danışılan söz-söhbət əsasında nəticə çıxarmaq doğru olmaz.

Bu iş nəzarətə götürülübsə, qoy diqqətlə araşdırılsın və nəticə barəsində məlumat verilsin”.

A.Zeynalov

www.yenicag.az

4852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv