Özünü ilahiyyatçı kimi tanıdan Adnan Oktar və onun 235 tərəfdarı barədə müxtəlif iddialar səsləndirilməyə davam edir.
Yenicag.az xəbər verir ki, İstanbul polisinin keçirdiyi əməliyyat zamanı “hazırlıqsız” tutulan “kedicik”lərin fotoları gülüş obyektinə çevrilib. Sosial şəbəkələrdə mütəşəkkil dəstənin saysız-hesabsız cinayətlərindən daha çox “kedicik”lərin makyajsız görüntüləri müzakirə olunur.
Baxımlı saçlar, bayağı makyaj və geyimlərdə efirə çıxan qadınlar o qədər fərqli halda saxlanılıblar ki, bəzi istifadəçilər onları bu vəziyyətdə tanıyan türk polisini təbrik edib. Bəziləri isə onların bu hərəkətlərinə görə də cəzalanmalı olduqlarını yazıblar.
Yenicag.az həmin “kedicik”lərin fotolarını təqdim edir.