“Kəpəz” yeni baş məşqçi ilə razılığa gəldi
Baş məşqçi Azər Bağırov “Kəpəz”lə razılığa gəlib.
Bunu “Report”a açıqlamasında mütəxəssis özü bildirib.
O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib:
“Demək olar, razılaşmışıq. Sadəcə tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin hədəflərimiz barədə danışacağıq”.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi altı matçda məğlub olub. Azər Bağırov 2024/2025 mövsümündə də Gəncə klubunda işləyib.