Kəşfiyyat: Rusiya yeni ordu qurur

media-hightechnic-468x90

Rusiya Ukraynadakı müharibədə arxa cəbhəni gücləndirmək üçün yeni ordu birləşmələri yaradır. Lakin yeni səfərbərlik dalğası olmadan, çətin ki, ruslar ordunu formalaşdıra bilsinlər.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Son iki ay ərzində Rusiya quru qoşunlarını gücləndirmək üçün böyük yeni birləşmələr yaratmağa başlayıb. Buna misal olaraq 25-ci ümumqoşunu göstərmək olar. Rusiya çox güman ki, yeni yaradılmış birləşmələri Ukraynada ehtiyat kimi yerləşdirəcək. Eyni zamanda, uzunmüddətli perspektivdə Rusiya NATO-ya qarşı qüvvələrini gücləndirməyə çalışır”, – məlumatda deyilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa